Samux rayonu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 18 fevral 1992-ci il tarixli 72 saylı qərarı ilə mərkəzi Səfərəliyev şəhər tipli qəsəbəsi olmaqla keçmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilmişdir. Milli Şuranın 31 dekabr 1992-ci il tarixli qərarı ilə Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək Nəbiağalı qəsəbəsi adlandırılmışdır. “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli Qanunu ilə Nəbiağalı qəsəbəsi və Kolayır kəndi birləşdirilərək Samux qəsəbəsi adlandırılmış və Samux qəsəbəsinə şəhər statusu verilmişdir.
Səfərəliyev rayonu Azərbaycan SSR Ali Sovetinin 24 yanvar 1939-cu il tarixli 4 saylı qərarı ilə Kirovabad (hazırkı Gəncə) şəhərinin ərazisində yaradılmış, Azərbaycan SSR Ali Sovetinin 16 yanvar 1940-cı il tarixli 11 saylı qərarı ilə Kirovabad şəhər rayonlarının tərkibindən çıxarılaraq respublika rayonlarının tərkibinə daxil edilmişdir. 1948-ci ildən başlayaraq Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ərazisinin çox hissəsi su altında qalmış, 1931-cu il 24 noyabrda yaradılmış keçmiş Samux rayonu Azərbaycan SSR Ali Sovetinin 28 yanvar 1954-cü il tarixli qərarı ilə ləğv edilərək Səfərəliyev rayonuna birləşdirilmişdir.
Azərbaycan SSR Ali Sovetinin 4 dekabr 1959-cu il tarixli qərarı ilə Səfərəliyev rayonu müstəqil rayon kimi ləğv edilərək Gəncə şəhərinə birləşdirilmişdir. 1963-cü ilin yanvar ayından etibarən keçmiş Səfərəliyev rayonunun ərazisi Xanlar (hazərda Göygöl rayonu) rayonunun tərkibinə daxil edilmişdir.
Samux mahalının adı, xarabalıqları Samux meşələrində hələ XX yüzilliyin başlanğıcında qalmaqda olan Samux şəhərinin adındandır. Bu şəhərin ərazisi Kürün hər iki sahilində Qazannı dağlarının ətəklərini Qanlı Qobu ilə Qabırrı vadisi arasında olan ərazini əhatə edirdi. Tədqiqatçıların əsərlərində Samux toponiminin alban sözü olub, meşəlik, ov yeri mənasını bildirdiyi əsaslandırılır. Digər mənbələrə görə Samux üç çayın (Kür, Qabırrı,Alazan) birləşdiyi yer mənasını bildirir.
Əhalisi
2011-ci ilin əvvəlinə rayon əhalisinin sayı 54,6 min nəfər olmuşdur ki,ondan da 20,7 min və ya 37,9 faizini şəhər əhalisi, 33,9 min nəfəri və ya 62,1 faizini kənd əhalisi təşkil etmişdir. Əhalinin ümumi sayından 27,1 min nəfəri və ya 49,7 faizi kişilər,27,5 min nəfəri və ya 50,3 faizi qadınlardır.2010-cu ildə rayon əhalisi 1100 nəfər və ya 2,1 faiz artmışdır.İl ərzində 909 nəfər doğulmuş, 351 nəfər ölüm qeydə alınmışdır.
Rayonda 1851nəfər qaçqın,1883 nəfər məcburi köçkün məskunlaşmışdır.
Əhalinin son siyahıyaalınmasına görə rayon əhalisinin 97,88 faizini azərbaycanlılar,0,07 faizini ruslar,0,54 faizini türklər,1,4 faizini kürdlər və 0,11 faizini digər millətlər təşkil edir.
Coğrafi mövqeyi
Samux rayonu Gəncə-Qazax bölgəsinə və Orta-Kür iqtisadi rayonuna daxildir. İqlimi quru-kontinentaldır.
Ərazisi 1455 kv.km-dir. Ondan 1082 kv.km. dövlət fond torpaqları, 82 kv.km. bələdiyyə, 133 kv.km xüsusi mülkiyyətdə olan torpaqlardır. Rayonda 708 kv.km kənd təsərrüfatına yararlı torpaq vardır ki, ondan da
Samux rayonunda 23 inzibati ərazi vahidliyi, 35 yaşayış məntəqəsi vardır. Bunlardan 1 şəhər, 5-sı qəsəbə və 29-u kənddir. 23 bələdiyyə fəaliyyət göstərir.
Rayonun ərazisi Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir.
Samux rayonunun ərazisi əsasən düzənlikdir. Ərazinin bir hissəsi Kür çökəkliyinə, Ceyrançöl fiziki-coğrafi sahəsinə, Boz dağ massivinə düşməklə , şimalda Alazan vadisi ilə əhatə olunmuşdur.
Rayonun ərazisindən Kür, Qabırrı (İori), Alazan (Qanıx), Gəncə və Qoşqar çayları keçir.
Samux rayon ərazisində Qabırrı çayının sol sahilində, dəniz səviyyəsindən 400-600 metr yüksəklikdə “Elləroyuğu” adlanan dağ silsiləsində 392 ha sahədə təbii halda yayılmış, yalnız bu ərazidə rast gəlinən relikt Eldar şamı (Pinuş eldarika) meşəliyi yayılmışdır. Belə bir unikal sahə Qafqaz təbiətində ilk olaraq “Eldar Şamı” meşəliyi kimi hələ 1910-cu ildə qoruq ərazisi elan edilmişdir. Vətəni Azərbaycan olan Eldar şamı qonşu ölkələrlə yanaşı Orta Asiya Respublikasının səhralarında, Şərqi Asiya ölkələrində, Ruminiyada, Bolqarıstanda və hətta okeanın o tayında ABŞ-da da mədəni əkin sahələri kimi geniş yayılmışdır. Eldar şamı qoruğu dünya alimlərinin diqqətini cəlb etmişdir. Həmin ərazidə “Qırmızı kitab”a daxil edilmiş Eldar şamı ilə yanaşı qiymətli ardıc və saqqız ağacları da inkişaf etmişdir.
Respublika Nazirlər Sovetinin 16 may 1958-ci il tarixli qərarı ilə “Eldar Şamı” meşəliyi filialı kimi Türyançay Dövlət Təbiət Qoruğunun tərkibində olnuş, 1965-ci ildə Göy-Göl Dövlət Təbiət Qoruğu bərpa edildikdən sonra 16 dekabr 2004-cü il tarixədək filial kimi fəaliyyət göstərmişdir.
Eldar şamı hələ 1901-ci ildən rus alimi S.Medvedyev tərəfindən öyrənilərək dünyada analoqu olmayan relikt növ olduğu bildirilib.
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının xüsusi mühafizə olunan əraziləri şəbəkəsinin genişləndirilməsi, səciyyəvi, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə saxlanılması məqsədi ilə Samux rayon inzibati ərazisində 1686 hektar sahədə “Eldar Şamı” Dövlət Təbiət Qoruğu yaradılmışdır.
İqtisadiyyat
Samux rayonunda 2010-cu ildə ümumi məhsul buraxılışının həcmi 79,2 min manat olmuşdur ki. onun da, 41,9 min manatı və ya 53,0 faizi kənd təsərrüfatı, 4,9 min manatı və ya 6,2 faizi sənayenin, 15,8 min manatı və ya 19,8 faizi tikintinin, 2,0 min manatı və ya 2,5 faizi nəqliyyatın, 0,4 min min mana tı və ya 0,5 faizi rabitənin və 14,2 min manatı və ya 18,0 faizi ticarətin payna düşür.
Göründüyü kimi rayon iqtisdiyyatının əsasını kənd təsərrüfatı məhsularının istehsalı təşkil edir. Rayonda kənd təsərrüfatına yararlı torpaq sahəsi 70821 hektardır ki, onun da 20958 hektarını əkinə yararlı torpaqlar təşkil edir. 2011-ci ildə 21262 hektar sahə əkin altında olmuşdur ki, bunun da 9466 hektarı taxıl, 1749 hektarı günəbaxan, 544 hektarı bostan, 1009 hektarı tərəvəz, 7728 hektarı ot, 324 hektar kartof, 284 hektarı qarğıdalı və 158 hektarı digər məhsullar olmuşdur. 2011-ci ilda rayonda 31017 ton taxıl, o cümlədən 18982 ton buğda, 12035 ton arpa istehsal olunmuş. Orta məhsuldarlıq 32,7 sentner təşkil etmişdir.
Son illərdə rayonda üzümçülük və meyvəçilik üstün inkişaf etdirilən sahələrdəndir. Hazırda rayonda 1115 hektarı üzüm, 1084 hektarı meyvə bağı vardır. 1010-cu ildə bağlarda 6,3 min ton üzüm, 14,2 min ton meyvə istehsal olunmuşdur.
2011-ci il 01 iyul tarixə iri buynuzlu mal-qaranın sayı 20098 baş olmuşdur ki, onlardan da ana inək və camışların sayı 9758 baş təşkil etmişdir. Qoyun və keçilərin sayı 162730 başa çatdırılmışdır. 2010-cu ildə 1806 ton (kəsilmiş çəkidə) ət, 13615 ton süd, 31,6 ton yun və 5,7 miliyon ədəd yumurta istehsal olunmuşdur.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və ilkin emalı ilə məşğul olan “AZRUS Dostluq” MMC istixana kombinatı, “Universal NAA” MMC meyvə tərəvəz anbarı, “Suliddinoğlu” Kəndli Fermer Təsərrüfatı, “Quşçuluq”fabriki, “Samuxkonserv” nar şirələrinin konservləşdirilməsi zavodu və s. kimi iri müəssisələr fəaliyyət göstərir.
Son illərdə rayonda aqrar sahə ilə paralel sənaye sahəsi də sürətlə inkişaf edir. Belə ki, 2003-cü ilə nisbətdə 2010-cu ildə sənaye məhsulunun həcmi 8,8 dəfə artmışdır. Sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi 58,3 faiz təşkil etmişdir. Rayonda fəaliyyət göstərən 9 sənaye müəssisəsindən 2 dövlət, 7-si isə qeyri-dövlət müəssisəsidir.
Təhsil
Samux rayon təhsil şöbəsi 1992-ci ildən fəaliyyət göstərir. Təhsil şöbəsinin tabeliyində 35 məktəb fəaliyyət göstərir ki, onlardan 23-ü tam orta məktəb, 11-i ümumi orta məktəb və 1-i ibtidai məktəbdir. Bu məktəblərdə 7954 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 1160 müəllim məşğul olur.
Rayon təhsil şöbəsinin nəzdində 16 uşaq bağçası, 1 Uşaq-Gənclər Şahmat məktəb, 1 Ekoloji Tərbiyə və təcrübəçilik mərkəzi , 1 Uşaq Yaradıcılığı Mərkəzi, 1 Uşaq-Gənclər İdman Məktəbi və 1 Gənc Texniklər mərkəzi fəaliyyət göstərir.
2003-cü ildən sonra rayonda 9 yeni məktəb binası, Şahmat məktəbi inşa edilmiş, 8 məktəbdə 32 sinif otağı və 1 akt zalı tikilmiş, 14 məktəb binası, 4 uşaq bağçası əsaslı təmir edilmişdir.
Təhsil şöbəsi Samux şəhər Heydər Əliyev prospekti 4 ünvanında yerləşir. Telefon (02275) 5-11-59.
Mədəniyyət
Rayonda Mədəniyyət şöbəsi, Mərkəzi Kitabxana Sistemi və Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mədəniyyət şöbəsinin rayonun qəsəbə və kəndlərində 12 mədəniyyət evi, 14 klub, 34 kitabxana və 3 Uşaq Musiqi Məktəbi fəaliyyət göstərir.
Mərkəzi Kitabxana Sisteminin kitab fondu kitab təşkil edir, sistemdə elektron kartateka fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzi 2007- ci ildə yaradılmışdır. Ümumi sahəsi 300 m2 muzey bir eksponat zalından, bir konfrans zalından və üç otaqdan ibarətdir. Muzeyin böyük zalında Heydər Əliyevin büstü qoyulmuş və Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto şəkillərlə, kino filmlərlə, lazımı avadanlıqlarla, kompüter texnikası ilə təchiz olunmuşdur. Muzeyin arxa hissəsində 700 m2 sahədə istirahət guşəsi salınmışdır.
Ümumilikdə mədəniyyət sahəsində 530 işçi çalışır.
Rayon Mədəniyyət şöbəsi Samux şəhər Heydər Əliyev prospekti¬-16 ünvanda yerləşir.
Telefon (02275) 5-11-39, faks (02275) 5-11-39.
Səhiyyə
Rayon əhalisinə 75 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, 30 çarpayılıq 2 xəstəxana, 6 həkim məntəqəsi, 24 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Ümumilikdə rayon səhiyyə sistemində 434, həkim 60. tibb bacısı 205 və 169 xidmət işçisi çalışır.
Mərkəzi rayon xəstəxanası Samux şəhər Arif Nəbiyev küçəsi - 1 ünvanda yerləşir, telefon (02275) 5-10-27, faks (02275) 5-10-27
Idman
Rayon Gənclər və İdman İdarəsi 1997-ci ildən fəaliyyət göstərir. 2008-ci ildə rayonda regional Ağır Atletika idman kompleksi fəaliyyətə başlamışdır. Kompleksə müasir trenajorlarla təchiz edilmiş trenajor zalı, mini futbol və basketbol meydançaları daxildir. Rayonda 18 stadion vardır.
Uşaq-Gənclər İdman Məktəbində cüdo və stolüstü tennis bölmələri vardır. Bununla bərabər rayonda kinq-boksinq, tayekvando, karate və sərbəst güləş üzrə özəl klublar fəaliyyət göstərir.
Rayon idmançılarından Elnur Salamov kikboksinq üzrə yeddi qat dünya çempionu, Əli Cəfərli 2011-ci ildə məktəblər arasında şahmat üzrə Avropa çempionatında komanda tərkibində Avropa çempionu, Ruhiyyə Bayramova 2011-ci ildə sambo üzrə Azərbaycan birinciliyinin qalbi, Aysə Bayramova 2011-ci ildə cüdo üzrə Azərbaycan birinciliyinin qalibi, Elxan Əliyev 2011-ci ildə kikboksinq üzrə dünya çempionu, Qahirə Məmmədova 2011-ci ildə cüdo üzrə 23 yaşa qədər oğlan və qızlar arasında Azərbaycan birinciliyinin qalibi olmüşdur.
Rayon Gənclər və İdman İdarəsi Samux şəhər Heydər Əliyev prospekti¬¬ 5 ünvanda yerləşir. Telefon (02275) 5-14-14
Melumati Yazan: _M.Mahmud_
Meqalenin adı :Samux rayonu haqqinda Melumat Elave edildi :11.03.2014|14:05 Oxunub :8110 Muellif :M.Mahmud (DiNiMiZ.AZ | HiCaBLi.Az)