Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda ahəstə gülmək nəcib bir övlada işarədir. Mütəal Allah buyurur: «(Ibrahim (ə)-ın həyat yoldaşı) güldü və biz ona Ishaqı müjdə verdik («Hud» surəsi, 71-ci ayə). Qəhqəhə ilə gülmək isə kədərə, müsibətə düşmə və Allahın işlərinə e`tiraz və tərəddüdlə yanaşmaya dəlalət edir. Allah-təala buyurur: «Indi siz bu kəlama [Qur`ana] təəccübmü edirsiniz və gülürsünüz?! («Nəcm» surəsi, 59 və 60-cı ayələr)».
GÜNLƏR
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda görülən günlərin ən üstünü cümə günüdür, sonra bazar ertəsi və cümə axşamıdır. Görülən günlər hər nə qədər aydın, işıqlı olsalar bir o qədər yaxşıdır».
GÖYƏRTI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda göyərti görməyin dörd yozumu var:
1.Islamın göstərdiyi yol. 2.Din. 3.Sağlam etiqad. 4.Pərhizkarlıq, müttəqilik».
GÜRZ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda toppuz görməyin üç yozumu var:
1.Sədaqətli adam. 2.Acı və sərt sözlər. 3. Əsil-nəsəbli sərkərdə, qulluqçu».
GÖYƏRÇIN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda göyərçin görməyin beş yozumu var:
1.Qadın. 2.Kəniz. 3.Mal. 4.Uzaqdan bir məktub. 5.Rəyasət».
GƏMI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda gəmi görməyin yeddi yozumu var.
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda gənə görməyin üç yozumu var:
1.Əyal. 2.Xidmətçilər. 3.Mal. Həmçinin bir kəs yuxuda gənə öldürdüyünü görsə, deyilənlərin üçündən birində də kəsir və çatışmamazlıqla qarşılaşacaq. Əgər o şəxs gənəni öz üzərindən götürüb atdığını görsə, gizli bir məsələdən xəbərdar olacaq və sonra nigaran qalacaq».
GÜL
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda gül görməyin altı yozumu var:
1.Övlad. 2.Dost. 3.Mənfur, alçaq adam. 4.Kəniz. 5.Qulam. 6.Məktub».
GÖVHƏR (ləl-cəvahirat)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda gövhər görməyin səkkiz yozumu var:
1.Nəzərdə tutulan mal. 2.Elm. 3.Bacarıqlı, başbilən övlad. 4.Qiymətli şey. 5.Gözəl qadın. 6.Faydalı söz. 7.Xeyir-bərəkət. 8.Yaxşı iş. Həmçinin yuxuda gövhər satan alim və dindar bir şəxsə dəlalət edir».
GÖBƏK
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda göbək görməyin beş yozumu var: